Qroznıda döyülən jurnalist və vəkil Beslana gətirildi - VİDEO

Qroznıda döyülən jurnalist və vəkil Beslana gətirildi - VİDEO

Hazırda oxunan: Qroznıda döyülən jurnalist və vəkil Beslana gətirildi - VİDEO

144503

Bu gün Qroznı şəhərində maskalı şəxslər tərəfindən vəhşicəsinə döyülən jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemov Şimali Osetiyanın Beslan şəhərinə gətirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı "Sapa MEDİA" nəşri Beslandakı Şimali Qafqaz Çox Profilli Tibb Mərkəzində çəkilmiş eksklüziv kadrları yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Çeçenistanda “Novaya qazeta”nın qadın jurnalisti DÖYÜLDÜ - FOTO/VİDEO


Çeçenistanda döyülən jurnalist Qroznıda müalicə olunmaqdan imtina etdiyi üçün bu mərkəzə gətirilib.

Əvvəlcə jurnalistin özü qurumun dəhlizi ilə getsə də, sonradan yerə yıxılıb. Ona ərtafdakı insanlar kömək ediblər.

Məlumata görə, Milaşinaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO