Polşada səfərdə olan Alen Simonyan yenə

Polşada səfərdə olan Alen Simonyan yenə "blokada"dan danışdı

Hazırda oxunan: Polşada səfərdə olan Alen Simonyan yenə "blokada"dan danışdı

144471

Polşada səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyan erməni rəsmilərinin köhnə "plastinkası"nı işə salıb. Yenə təhlükəsizliyə təhdid, “blokada”, “humanitar böhran”, “etnik təmizləmə” ifadələrini işlədib.

Bizim.Media xəbər verir ki, bir müddət öncə isə o, "Ermənistanın qonşularına heç bir ərazi iddiası yoxdur, regionda təhlükəsizlik və sülh üçün mümkün olan hər şeyi edəcəyik" ifadələrini işlətmişdi.

Yeri gəlmişkən, işğalçı ölkənin nümayəndələri ermənilərin pasifist olduğunu bütün dünyaya sübut etməyə çalışsalar da tarixi yenidən yazmaq mümkün deyil. 

30 ildir Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən, azərbaycanlıları öz doğma yurdlarından didərgin salan Ermənistan dünyada sülhdən danışa biləcək sonuncu ölkədir.

Qeyd edək ki, aprelin 23-də qurulan "Laçın" sərhəd-buraxılış məntəqəsindən hər gün Qarabağda yaşayan yüzlərlə etnik erməni Xankəndidən Ermənistana və ya əks tərəfə manesiz gedib gəlir. Belə olan halda hansısa blokadadan söhbət gedə bilməz.
Görünür, Alen Simonyan Paşinyanın göstərişi ilə erməni diasporundan pul dilənmək üçün bu addımı atır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO