Fransanın iş adamları və bankirləri 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra bir neçə gün ərzində bütün ölkə ərazisində baş verən iğtişaşlar nəticəsində 1 milyard avrodan çox zərər ilə üzləşiblər.
Bizim.Media xəbər verir ki, bunu Fransanın Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Joffrua Ru de Mezyö "Le Parisien" qəzetinə müsahibəsində deyib.
"Dəqiq rəqəm söyləmək hələ tezdir, amma turizmə dəyən ziyanı saymasaq, 1 milyard avrodan çox zərər var. Bütün dünyaya yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir.
Bunun effektinin qalıcı olub-olmayacağını söyləmək həmişə çətindir, lakin bu yay mövsümün perspektivli göründüyü bir vaxtda, şübhəsiz ki, rezervasiyalarda azalma olacaq, bəziləri artıq bilelətrini ləğv edib", - deyə o bildirib.
Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:07 / 04.07.2023
İğtişaşlar Fransada iş adamlarına 1 milyard avrodan çox ziyan vurub
Hazırda oxunan: İğtişaşlar Fransada iş adamlarına 1 milyard avrodan çox ziyan vurub
Hazırda oxunan: İğtişaşlar Fransada iş adamlarına 1 milyard avrodan çox ziyan vurub
144413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.