Dronlar Moskva vilayətində hərbi hissəyə zərbə endirdi - Vnukovo hava limanının işi iflic oldu - VİDEO

Dronlar Moskva vilayətində hərbi hissəyə zərbə endirdi - Vnukovo hava limanının işi iflic oldu - VİDEO

Hazırda oxunan: Dronlar Moskva vilayətində hərbi hissəyə zərbə endirdi - Vnukovo hava limanının işi iflic oldu - VİDEO

144412

İyulun 4-nə keçən gecə Moskva Dairəvi yolundan bir neçə kilometr aralıda bir neçə saniyə fərqlə ən azı iki partlayış baş verib. Bundan əvvəl Kaluqa vilayətinin sakinləri iki təyyarə tipli dronları müşahidə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baza Telegram kanalı yayıb.

Nəticədə Moskva yaxınlığındakı Kubinkada yerləşən hərbi hissəyə hücum edilib.

İlkin məlumata görə, səhər saat 4 radələrində kamikadze pilotsuz uçan aparat hərbi hissənin ərazisində yerləşən inzibati binaya dəyib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Dron hücumu Vnukovo hava limanının işinə təsir göstərib.

Şarm Əl-Şeyx, Dubay, Mahaçqala, Çelyabinsk və Novosibirskdən uçuşlar başqa hava limanlarına yönləndirilib. Ankaradan gələn təyyarə 1 saatdan  artıq Vnukovo hava limanı yaxınlığında dövr edib.
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO