Robert De Nironun 19 yaşlı nəvəsi vəfat edib

Robert De Nironun 19 yaşlı nəvəsi vəfat edib

Hazırda oxunan: Robert De Nironun 19 yaşlı nəvəsi vəfat edib

144321

Robert De Nironun nəvəsi Leandro De Niro Rodriges 19 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə De Nironun qızı Drena İnstagramda yazıb.

“Sənsiz necə yaşayacağımı bilmirəm, amma yaşamağa, sevgi və işığı yaymağa çalışacağam. Çox sevildin və qiymətləndirildin. Nə qədər ağrılıdır, balam”, - aktyorun qızı sosial şəbəkədə qeyd edib.

O, oğlunun ölüm səbəbini açıqlamayıb.

Drena De Nironun övladlığa götürdüyü qızıdır. Anası sənətçinin ilk həyat yoldaşı, aktrisa Dayan Ebbottdur. Ebbotla evləndikdən sonra De Niro Drenanı övladlığa götürüb və ona soyadını verib. De Nironun 55 yaşlı varisi bioloji atasını heç vaxt görməyib.
2023-cü ilin may ayında Robert De Niro yeddinci dəfə ata olduğunu açıqlayıb. "ET Canada" nəşrinin müxbirinə aktyor 7 uşağının olduğunu deyib. Onun qızı Gia aprelin 6-da dünyaya gəlib. Qızın anası aktyorun 2015-ci ildə “İntern” filminin çəkilişləri zamanı tanış olduğu döyüş sənətləri üzrə təlimatçı Tiffani Çendir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO