Sankt-Peterburqda 23 yaşlı qıza təcavüz edən Ermənistan vətəndaşı TUTULDU

Sankt-Peterburqda 23 yaşlı qıza təcavüz edən Ermənistan vətəndaşı TUTULDU

Hazırda oxunan: Sankt-Peterburqda 23 yaşlı qıza təcavüz edən Ermənistan vətəndaşı TUTULDU

144267

Sankt-Peterburqda gənc qızı zorlamaqda şübhəli bilinən əcnəbi saxlanılıb. Ona qarşı xırda xuliqanlıq haqqında protokol tərtib edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fontanka yazıb.

Hadisə şəhərin Primorsk rayonunda, Yaxtennaya küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.

İyulun 1-i axşam saatlarında yerli sakin polisə zəng edərək, 23 yaşlı qonşusunun başına gələnləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına danışıb.

Bundan əvvəl qız 34 yaşlı kişi tərəfindən cinsi təcavüzə məruz qaldıqdan sonra mənzilindən qaçıb. Hadisə yerinə gələn patrul xidmətinin dəstəsi həmin vaxt hələ də zərərçəkmişin evində olan Ermənistan vətəndaşını saxlayıb.
Şübhəli şəxs daxili işlər şöbəsinə aparılıb və barəsində xırda xuliqanlıq faktı üzrə protokol tərtib edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO