Makron kabinet üzvlərinə hansı tapşırığı verdi - Fransada nə baş verir?

Makron kabinet üzvlərinə hansı tapşırığı verdi - Fransada nə baş verir?

Hazırda oxunan: Makron kabinet üzvlərinə hansı tapşırığı verdi - Fransada nə baş verir?

144243

Fransa prezidenti Emmanuel Makron kabinet üzvlərinə Fransada iyunun 27-dən bəri davam edən iğtişaşların səbəblərini “ətraflı şəkildə araşdırmağı” tapşırıb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə BFMTV kanalına müsahibəsində danışıb.

Bazar günü axşam Yelisey Sarayında baş verən iğtişaşların aradan qaldırılması üçün operativ qərargahın iclası zamanı Makron iclasın bütün iştirakçılarından "Fransada baş verənləri anlamaq üçün hərtərəfli  işə başlamağı" tələb edib. 
Makron daxili işlər naziri Jerald Darmanin və ədliyyə naziri Erik Düpon-Morettiyə ölkədə iyunun 27-dən bəri davam edən iğtişaşların qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.

İyulun 4-də Fransa prezidenti iğtişaşlardan zərər çəkmiş kommunaların merləri ilə görüşəcək.

Bundan əlavə, iyulun 3-də Fransa lideri Milli Assambleyanın (parlamentin aşağı palatası) spikeri Yael Bron-Pive və Senatın (yuxarı palata) rəhbəri Jerar Larşeri qəbul edəcək.

Artıq üçüncü gecədir ki, Fransada nizam-intizam xidmətlərin 45 min əməkdaşı tərəfindən izlənəcək. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri polis və jandarmlardan iğtişaşları qətiyyətlə yatırmağı və xuliqanları təxirə salmadan saxlamağı xahiş edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO