Tacikistan Kişinyovdakı terror aktına görə Moldovaya nümayəndə heyəti göndərdi

Tacikistan Kişinyovdakı terror aktına görə Moldovaya nümayəndə heyəti göndərdi

Hazırda oxunan: Tacikistan Kişinyovdakı terror aktına görə Moldovaya nümayəndə heyəti göndərdi

144205

Tacikistan Kişinyov hava limanında baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarını Moldovaya göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik əlavə edib ki, Kişinyov hava limanında Tacikistan vətəndaşı Rüstəm Aşurovun iştirakı ilə baş vermiş insidentdən sonra Tacikistan Baş Prokurorluğunun və hakimiyyət orqanlarının nümayəndələri Moldovadakı həmkarları ilə daim əlaqə saxlayırlar.
Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO