Britaniyalı jurnalist erməniləri məyus etdi:

Britaniyalı jurnalist erməniləri məyus etdi: "Azərbaycan daha güclüdür"

Hazırda oxunan: Britaniyalı jurnalist erməniləri məyus etdi: "Azərbaycan daha güclüdür"

14420

"Müharibədən sonra Azərbaycanın mövqeyi hədsiz güclənib, Ermənistan isə zəifləyib. Ermənistan öz gələcəkləri barədə düşünməli və regionda yaranan yeni imkanları düzgün dəyərləndirməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Cənubi Qafqaz üzrə ekspert, britaniyalı jurnalist Tomas De Vaal erməni təşkilatlarından biri ilə onlayn müzakirələrdə bildirib. 

 

MÖVZU İLƏ BAĞLI:

Kolumbiya qəzeti Qarabağ müharibəsindən yazdı


Britaniyalı jurnalist müharibədən sonra Ermənistanda baş verən hadisələrdən danışarkən "zəfərin minlərlə atası var, amma məğlubiyyət həmişə yetimdir" ingilis atalar sözlərini xatırladıb.

Tədqiqatçı vurğulayıb ki, Qarabağ müharibəsi 2018-ci ildə baş vermiş "məxməri inqilab"dan sonra erməni kimliyi və onun gələcəyi ilə əlaqədar cəmiyyətdə parçalanma və qütbləşməni kəskin şəkildə artırıb.

 

“Düşünürəm ki, ermənilərə səhvlərlə bağlı mübahisələrə qapılmamağı tövsiyə etməliyik. Əlbəttə, günün problemləri var, münaqişənin humanitar nəticələri, bununla birlikdə yeni imkanlar meydana çıxır. 


Bütün XX əsr boyu erməni toplumu daşnaklar və digər partiyalar arasında bölünüb. Dünyadakı erməni diasporasının bir çox nümayəndəsi, çoxlu sayda diaspor təşkilatı, "itirilmiş torpaqları geri qaytarmaq" kimi millətçi planı dəstəklədi.

Ancaq reallıqda tək bir Ermənistan var, ümid edirəm ki, daha çox enerji bu respublikanın inkişafına və yenidən qurulmasına yönəldiləcək. Çiçəklənməyə imkan verəcək yeganə kurs budur".

Azərbaycanla sülhün vacib olduğunu deyən Tomasın fikrincə, Ermənistan və Azərbaycan arasında tam hüquqlu sülh müqaviləsinin imzalanması önəmlidir. 

“Qonşuları - Gürcüstan, Türkiyə, İran və Rusiya da buna ehtiyac duyur. Bu, iqtisadi əlaqələr, diplomatik nümayəndəliklər və s. daxil olmaqla ikitərəfli münasibətləri normallaşdıran bir sənəddir. Əlbəttə, bu sülh hələ çox uzaqdadır, ancaq razılaşma üçün çalışmaq lazımdır.
 

Dünya bütün münaqişə dövründə Ermənistandan Azərbaycanın işğal olunmuş bölgələrinə qarşı heç bir şəkildə demokratik davranış görmədi. Bu ərazilərin zorla tutulması demokratiya əlaməti ola bilməzdi.


Əvvəllər orada yaşayan azərbaycanlıların hüquqlarını inkar olunub, çıxarıldıqları evlərinə qayıtmaq kimi hüquqlarını təmin edilməyib.

Lakin indi qiymətli resursları daxili siyasi mübarizələrə xərcləməyi dayandırmaq və insan kapitalının inkişafına yönəltmək, böyümək üçün hər cür fürsəti axtarmaq lazımdır.

İrəvanda oturub Azərbaycanı dəyişdirə bilməyəcəksiz, ancaq Ermənistanı dəyişdirmək mümkündür”, - deyə britaniyalı ekspert ermənilərə cavab verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO