Dünyanın ən qocaman qəzeti kağızla VİDALAŞDI  

Dünyanın ən qocaman qəzeti kağızla VİDALAŞDI  

Hazırda oxunan: Dünyanın ən qocaman qəzeti kağızla VİDALAŞDI  

144065

Dünyanın və Avropanın ən qədim qəzeti olan Wiener Zeitung 320 ildən sonra gündəlik çap nəşrlərini dayandırıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vyanada fəaliyyət göstərən ən qocaman qəzet sonuncu gündəlik buraxılışını nəşr edib.

Wiener Zeitung bu addımı atdığını açıqlayıb, çünki çap olunan qəzet son qanun dəyişikliyi səbəbindən gəlirliliyini itirib.
Belə ki, Avstriyanın yeni sağçı koalisiya hökuməti aprel ayında şirkətlərin çap qəzetində rəsmi elanlar dərc etmə öhdəliyini ləğv edib və bununla da Wiener Zeitung-un rəsmi qəzet roluna son qoyulub. 

Nəşriyyat şirkətinin gəlirinin 18 milyon avroya yaxın azalmasına səbəb olan qanundan sonra bir neçə nəfər işdən çıxarılıb.

Wiener Zeitung nəşrlərini onlayn olaraq davam etdirəcək və çap nəşrini aylıq olaraq saxlamaq istəyir.

Qeyd edək ki, Avstriya hökumətinə məxsus, lakin redaksiya baxımından müstəqil olan qəzet nəşr həyatına 1703-cü ildə başlamış və 12 prezident, 10 monarx və 2 respublika görüb. Qəzet cümə günü çıxan son gündəlik sayında “keyfiyyətli jurnalistika üçün fırtınalı anlar yaşanır.
Diqqət çəkmək üçün daha çox platformada saxta xəbərlər, pişik videoları və sui-qəsd nəzəriyyələri ilə rəqabət aparır” sözləri ilə oxucuları ilə vidalaşıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO