Rusiya Silahlı Qüvvələri “Donetsk” əməliyyat-taktiki qrupunun komanda məntəqələrinə qrup şəklində hücum edib.
Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya MN zərbənin yüksək dəqiqliyə malik dəniz və quruda yerləşdirilən silahlarla həyata keçirildiyini vurğulayıb.
“Bütün təyin olunmuş hədəflər vurulub. Tədbirin məqsədinə nail olunub”, - deyə nazirliyin məlumatında bildirilib.
Onlar həmçinin qeyd ediblər ki, son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Donetsk, Krasno-Limanski və Yujno-Donetsk istiqamətlərində hücum cəhdlərini davam etdiriblər.
Qeyd edək ki, İyunun 26-da Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin artilleriya anbarlarına qrup şəklində hücum edib. Zərərçəkmiş obyektlərdə Qərbin Ukraynaya köçürdüyü sursatların da olduğu iddia edilirdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:53 / 01.07.2023
Rusiyadan Ukraynaya kütləvi hücum ƏMƏLİYYATI
Hazırda oxunan: Rusiyadan Ukraynaya kütləvi hücum ƏMƏLİYYATI
Hazırda oxunan: Rusiyadan Ukraynaya kütləvi hücum ƏMƏLİYYATI
144038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.