Netanyahunun qardaşının məzarına hədə-qorxu məktubu QOYDULAR

Netanyahunun qardaşının məzarına hədə-qorxu məktubu QOYDULAR

Hazırda oxunan: Netanyahunun qardaşının məzarına hədə-qorxu məktubu QOYDULAR

143971

İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı Yonatanın məzarı üzərindən onu hədələyən məktub tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.

“İsrail polisi bu gün Qüdsdə Herzl dağında mərhum Yonatan Netanyahunun məzarı üzərində tapılan təhdid məktubu ilə bağlı Baş Təhlükəsizlik Xidməti (SHABAK) ilə birgə araşdırmaya başlayıb”, - polis "Twitter"də məlumat yayıb.
Xüsusi xidmət orqanları təhdidi psixoloji təzyiq kimi təsnif edir.

Bazar günü baş nazir və qardaşı İdo Herzl dağındakı hərbi qəbiristanlığı ziyarət edib və Uqandada ölən girovları azad etmək üçün "Entebbe" əməliyyatı zamanı "Sayeret Matkal" bölməsinə rəhbərlik edən qardaşları, polkovnik-leytenant Yonatan Netanyahunun məzarı üzərinə gül dəstələri qoyublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO