Çin hökuməti hər ailəyə yalnız iki uşaq icazəsi ilə bağlı limiti aradan qaldırıb.
Sfera.az xarici KİV-ə istiadən xəbər verir ki, bundan sonra Çində cütlüklər üçüncü uşağa da sahib ola biləcəklər. Sözügedən qərar dünyanın ən çox əhalisinə sahib olan ölkənin son on il ərzində siyahıyaalma nəticələrinin dərcindən bir neçə həftə sonra qəbul edilib.
Belə ki, 2020-ci il may ayının əvvəlində aparılan siyahıyaalma nəticələri Çin əhalisinin gözləniləndən daha sürətli yaşlandığını üzə çıxarıb.
2020-ci ildə Çində təxminən 12 milyon körpə dünyaya gəlib ki, bu da əvvəlki ilə nisbətən yüzdə 18 faiz azalma deməkdir.
Son 10 ildə ölkədə orta illik doğum nisbəti mində 5.3 faiz olub. Bununla birlikdə, bu nisbət 2000-ci il ilə 2010-cu il arasında mində 5.7 faiz idi.
Ötən həftələrdə rəsmi Pekin tərəfindən açıqlanan məlumatlar, əhalisi təxminən 1 milyard 410 milyona çatan ölkədə doğum nisbətinin son dövrdə ən aşağı səviyyəyə düşdüyünü göstərib.
Əzizə
Sfera.az