İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də İsveçdə Qurani-Kərimin yandırılmasını müzakirə edəcək.
Bizim.Media "Anadolu Ajansı" na istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.
Belə ki, fövqəladə iclas Səudiyyə Ərəbistanının Ciddə şəhərinin mənzil-qərargahında baş tutacaq.
İƏT Zirvəsi dövrünün sədri Səudiyyə Ərəbistanının tələbi ilə təşkilata üzv ölkələrin, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan, Mavritaniya və Kamerunun daxil olduğu İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin daimi nümayəndələrinin iştirak edəcəyi Fövqəladə Açıq İştirak üzrə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Toplantıda bu nalayiq hərəkətlərə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə qarşı hörmətsizliklə bağlı ortaq münasibət nümayiş etdirilməsi qarşıya məqsəd kimi qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:15 / 30.06.2023
İƏT İsveçdə Quranın yandırılması ilə əlaqədar təcili TOPLANIR
Hazırda oxunan: İƏT İsveçdə Quranın yandırılması ilə əlaqədar təcili TOPLANIR
Hazırda oxunan: İƏT İsveçdə Quranın yandırılması ilə əlaqədar təcili TOPLANIR
143934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.