UNESCO Baş Konfransının növbədənkənar sessiyasında Vaşinqtonun təklif etdiyi şərtlərlə ABŞ-ın təşkilata qayıtması barədə qətnamə qəbul edilib.
Bizim.Media "TASS" a istinadən xəbər verir ki, ümumilikdə 132 ölkə qətnamənin lehinə səs verib. 10 ölkə buna qarşı çıxıb, daha 15 ölkə isə bitərəf qalıb.
Qətnamənin qəbulu üçün 95 səs çoxluğu tələb olunurdu, ona görə də qətnamə layihəsi təsdiq edilmiş sayılır. ABŞ son beş ildə ödənilməyən üzvlük haqqı kimi toplanmış 600 milyon dollar köçürməyi planlaşdırır.
Xatırladaq ki, Vaşinqton 2017-ci ildə Tramp administrasiyası zamanında təşkilatın İsrailə münasibəti ilə bağlı UNESCO-dan çıxması barədə elan vermişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:50 / 30.06.2023
ABŞ yenidən UNESCO-ya QAYITDI
Hazırda oxunan: ABŞ yenidən UNESCO-ya QAYITDI
Hazırda oxunan: ABŞ yenidən UNESCO-ya QAYITDI
143931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.