“Kiyev sülh naminə güzəştlərə razı olmayacaq”- Ukrayna rəsmisi

“Kiyev sülh naminə güzəştlərə razı olmayacaq”- Ukrayna rəsmisi

Hazırda oxunan: “Kiyev sülh naminə güzəştlərə razı olmayacaq”- Ukrayna rəsmisi

143916

“Kiyev sülh naminə ərazi güzəştlərinə razı olmayacaq”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, Twitter-də ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərini şərh edib.

Podolyak iddia edir ki, bu cür qərarlar yalnız münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

Bundan əvvəl Tramp “Reuters” agentliyinə müsahibəsində Ukraynanın sülh danışıqlarının şərtlərinə görə layiq olduğu addımı atacağını bildirmişdi.

Həmçinin ABŞ-ın eks-prezidenti bildirib ki, Ukraynada sülhün bərqərar olmasının vaxtı çatıb, ABŞ indi vasitəçi kimi çıxış edərək, sülh yolu ilə nizamlanmanın təşviqinə başlamalıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovisə bildirib ki, Kiyev və Qərb nizamlanmanı nə qədər uzatsa, danışıqlar bir o qədər çətinləşəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə isə Kiyevlə danışıqlar üçün heç bir ilkin şərt yoxdur, çünki Qərb ölkələri və Ukrayna belə bir ehtimalı istisna edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO