Türkiyənin Mardin vilayətinin Artuklu rayonunun Cevizli kəndindəki jandarmeriya binasına partlayıcı maddə quraşdırılmış avtomobillə hücum olub.
Moderator.az Milliyet nəşrinə istinadən xəbər verir ki, terror aktı nəticəsində 3 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Yaralılar Mardindəki xəstəxanaya çatdırılıblar.
Qeyd olunur ki, yaraqlılar avtomobili partlatmaqla yanaşı həmçinin jandarmeriya binasını atəşə tutublar.
Hadisə yerinə polis əməkdaşalrı və yanğınsöndürənlər cəlb olunub.



































































































