Audiovizual Şura: “Fransada baş verənlər söz və media azadlığına təhdiddir”

Audiovizual Şura: “Fransada baş verənlər söz və media azadlığına təhdiddir”

Hazırda oxunan: Audiovizual Şura: “Fransada baş verənlər söz və media azadlığına təhdiddir”

143813

Azərbaycan Respublikası Audiovizual Şurası Fransada peşə borclarını yetirən "AZTV" televiziya kanalının əməkdaşlarına olunmuş təzyiq və hədələri qətiyyətlə pisləyir, bu faktı söz və media azadlığına təhdid kimi qiymətləndirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Şuranın bəyanatında qeyd olunur. 

Məlum olduğu kimi, 28 iyun 2023-cü il tarixdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin müxbiri və operatoruna Fransada reportaj hazırlayarkən hücum olunmuş, onlara yüngül bədən xəsarətləri yetirilmiş, kameraları əllərindən alınmış və hədə-qorxuya məruz qalmışlar. Audiovizual media sahəsi üzrə tənzimləyici qurum olan Azərbaycan Respublikası Audiovizual Şurası Fransanın müvafiq orqanlarını, habelə beynəlxalq media və jurnalist hüquqları üzrə təşkilatları baş vermiş insidentə hüquqi qiymət verməyə çağırır, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün yerli hüquq-mühafizə orqanlarından bütün zəruri tədbirləri həyata keçirməyi tələb edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO