“Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə inşa etdiyi metallurgiya zavodunun tullantılarının Araz çayına axıdılması təhlükəsi çaydakı vəhşi təbiət, həmçinin Araz çayından suvarma məqsədilə istifadə edən fermer təsərrüfatları baxımından narahatlıq yaradır”.
Bizim.Media xəbər verir ki, bunu apa-ya açıqlamasında hindistanlı insan haqları aktivisti Mohammad Husain deyib.
O, 30-dan çox vətəndaş cəmiyyəti fəalının, ekspertin və eko-aktivistin imzaladığı petisiyanın məsələnin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına yardım edəcəyini, qəbul edilmiş bəyanatın BMT qurumlarına, beynəlxalq ətraf mühit və insan haqları təşkilatlarına göndəriləcəyini deyib:
“Bu cür kollektiv bəyanatın imzalanması çox yaxşıdır, biz anlamalıyıq ki, pul hər şey demək deyil. Bu cür zavodun inşası insanlara, planetə zərər vurur. İnsan sağlamlığına, ətraf-mühitə, dayanıqlılığa vurduğu genişmiqyaslı təsirlərini nəzərə alsaq, bu zavodun inşası vətəndaş cəmiyyəti təşkilatları üçün qırmızı xətdir.
Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük olacaq. Bu ekoloji zərbə insan sağlamlığına və təhlükəsizliyinə, floraya, faunaya, torpağa, havaya və su strukturlarına mütləq şəkildə öz mənfi təsirini göstərəcək. Zavodun tullantılarının Araz çayına axıdılması potensialı çaydakı vəhşi təbiət üçün, həmçinin Araz çayından suvarma məqsədilə istifadə edən fermer təsərrüfatları üçün narahatlıq yaradır. İçməli su tədarükünün zədələnməsi sərhəd kəndlərində yoluxucu xəstəliklərin yayılmasına səbəb ola, insanların sağlamlığına və su təhlükəsizliyinə ziyan vura bilər. Potensial olaraq bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai sağlamlıq böhranı yarada bilər”.
Mohammad Husain Ermənistanın, xüsusilə də ictimai sağlamlıq və vərəmə qarşı təbliğat aparan vətəndaş cəmiyyəti təşkilatlarını dərhal hərəkətə keçməyə və Arazdəyəndə bu zavodun tikintisinə etiraz etməyə çağırıb.
“Onun tikintisi şübhəsiz ki, Ermənistanın özünün ekoloji vəziyyətinə əsaslı mənfi təsirlər göstərəcək”, - o, deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:30 / 29.06.2023
Hindistanlı aktivist: Arazdəyən metallurgiya zavodu Azərbaycan və Ermənistanda ciddi sağlamlıq böhranı yarada bilər
Hazırda oxunan: Hindistanlı aktivist: Arazdəyən metallurgiya zavodu Azərbaycan və Ermənistanda ciddi sağlamlıq böhranı yarada bilər
Hazırda oxunan: Hindistanlı aktivist: Arazdəyən metallurgiya zavodu Azərbaycan və Ermənistanda ciddi sağlamlıq böhranı yarada bilər
143810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.