"Togg" Türkmənistan Prezidentinə təqdim OLUNDU - FOTO

Hazırda oxunan: "Togg" Türkmənistan Prezidentinə təqdim OLUNDU - FOTO

143802

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır “Arkadağ Ağıllı Şəhər”in açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova 2 ağ rəngli “Togg” elektromobilinin açarlarını təqdim edib.

Bizim.Media Türkiyə KİV-inə istinadən xəbər verir ki, Berdiməhəmmədov “Togg” avtobobilini sınaqdan keçirib və çox bəyəndiyini bildirib.

Qeyd edək ki, Türkmənistandan əvvəl “Togg” elektromobili Azərbaycan və Qazaxıstan prezidentlərinə təqdim olunub.

“Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO