Peskovdan Putinin “nüvə çamadanlı” hərbçiyə jesti ilə bağlı AÇIQLAMA - VİDEO

Peskovdan Putinin “nüvə çamadanlı” hərbçiyə jesti ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Peskovdan Putinin “nüvə çamadanlı” hərbçiyə jesti ilə bağlı AÇIQLAMA - VİDEO

143796

“Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrini hər zaman şəxsi nəzarətində saxlayır”.

Bizim.Media "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Putinin Dərbənd səfəri zamanı qara çamadanlı zabitin formasını düzəltməsi və əlini sıxması ilə bağlı canlı epizodu dəyərləndirib və maraqlı şərh verib.
Kreml nümayəndəsi qısaca olaraq bildirib ki, Putin həmişə nüvə qüvvələrinə nəzarət edir. Onun sözlərinə görə, zabitin əlindəki məhz həmin “nüvə çamadanı”dır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfəri zamanı helikopterin yanında dayanmış və əlində qara çamadan olan dəniz zabitinin geyim formasını düzəldib. Bununla bağlı yayılmış videokadrlarda Putinin hərbçiyə yaxınlaşdığı və onun geyim formasını necə düzəltdiyi əks olunub. Daha sonra Putin başqa bir zabitin əlini sıxıb və helikopterə minib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO