Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub və bu sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Rusiyada baş verən son hadisələrin müzakirə olunduğu telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü məsələsinə də toxunulub.
Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə istiqamətində düzgün addımlar atsa da, İsveçdə PKK/YPG tərəfdarları sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməyə, insanları qətlə yetirməyə və terror təşkilatlarına maliyyə vəsaiti ayırmağa davam edir. Bu vəziyyət Türkiyə üçün qəbuledilməzdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:52 / 28.06.2023
Ərdoğandan XƏBƏRDARLIQ: "PKK tərəfdarları İsveçdə terroru dəstəkləyən nümayişlər keçirir"
Hazırda oxunan: Ərdoğandan XƏBƏRDARLIQ: "PKK tərəfdarları İsveçdə terroru dəstəkləyən nümayişlər keçirir"
Hazırda oxunan: Ərdoğandan XƏBƏRDARLIQ: "PKK tərəfdarları İsveçdə terroru dəstəkləyən nümayişlər keçirir"
143694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.