Blinkendən Putini qəzəbləndirəcək açıqlama:

Blinkendən Putini qəzəbləndirəcək açıqlama: "Film hələ də davam edir, son pərdəni görmədik"

Hazırda oxunan: Blinkendən Putini qəzəbləndirəcək açıqlama: "Film hələ də davam edir, son pərdəni görmədik"

143367

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın muzdlu qruplaşması “Vaqner”in Rusiyadakı üsyanından danışıb. Blinken Rusiya prezidenti Putini qəzəbləndirən açıqlamalar verib. 

Bizim.Media bu barədə CNN-ə istinadən xəbər verir. 

Blinken, “16 ay əvvəl Putin Ukraynada, paytaxt Kiyevin qapısında idi. Bir neçə günə ölkəni ələ keçirib, xəritədən silmək istəyirdi. İndi öz paytaxtı Moskvanı yaratdığı muzdlu hərbi qrupa qarşı müdafiə etməli oldu." 

“Vaqner”in gələcəyi və üsyandan sonra Rusiyada baş verən proseslər haqqında danışmaq üçün hələ tez olduğunu bildirən Blinken, “Bu mövzuda spekulyasiya etmək istəmirəm. Film hələ də davam edir və biz hələ yekun aktı görməmişik.” deyə o bildirib. 
Blinken iddia edib ki, üsyan Vaqnerin lideri Yevgeni Priqojinin Ukrayna müharibəsinin səbəbini şübhə altına alması ilə başlayıb. 

Blinken “Vaqner”in dağıldığına inanıb-inanmadığı sualına belə cavab verib:

"Bu, “Vaqner” qüvvələrinin Ukraynadan çıxıb-çıxmaması deməkdirmi, görəcəyik. Həftə sonu “Vaqner” qüvvələrinin Ukraynanı tərk edərək Rusiya və Moskvaya doğru hərəkət etməsi özlüyündə fövqəladə haldır. Uğursuzluqlar kitabının son fəsli özü və Rusiya üçün yazılmışdır”. deyə o cavabında bildirib. 

Rusiya ilə Vaqner arasındakı üsyana vasitəçilik edən Belarusla bağlı sualı cavablandıran Blinken, "Putin Priqojinlə birbaşa danışıqlar aparacaq qədər aşağı düşmək istəməyə bilər.

Ona görə də Lukaşenko kimi birinin onun adından bu işə cəlb edilməsi daha yaxşı seçim idi. Amma yenə də bu, fərziyyədir, biz bundan qaçmaq istəyirik”. Deyə Blinken cavab verib. 

Xatırladaq ki, iyunun 23-də Rusiyanın Ukraynaya qarşı müharibəsində fəal rol alan muzdlu qruplaşma “Vaqner”in lideri Priqojin rus ordusunun Vaqner düşərgələrinə hücum etdiyini bildirərək üsyana başlayıb, daha sonra müəmmalı şəkildə əməliyyatın yekunlaşdırıldığını bildirərək düşərgələrinə qayıdacaqlarını bildirib. 

Mirzə Altay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO