Litva prezidentindən “Vaqner”lə bağlı AÇIQLAMA: “Belarusda qalsalar, ölkəmiz üçün...”

Litva prezidentindən “Vaqner”lə bağlı AÇIQLAMA: “Belarusda qalsalar, ölkəmiz üçün...”

Hazırda oxunan: Litva prezidentindən “Vaqner”lə bağlı AÇIQLAMA: “Belarusda qalsalar, ölkəmiz üçün...”

143328

“Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri ilə əlaqədar təhlükəsizlik sahəsində durumun gərginləşməsi Litvanın kəşfiyyat fəaliyyətini gücləndirməsini və dövlət sərhədinin tam mühafizəsi üzrə yeni plan hazırlamasını tələb edir”.

Bizim.Media xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda öz təşəbbüsü ilə keçirilən Dövlət Müdafiə Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Belarus və Rusiyanın Kalininqrad vilayətinə münasibətdə şərq istiqamətində vəziyyəti qiymətləndirmək üçün kəşfiyyat fəaliyyətini gücləndirmək lazımdır. Çünki “Vaqner”in bir hissəsi belə qeyri-müəyyən niyyətlərlə Belarus ərazisində qalsa, bu, Litva üçün sərhəd mühafizəsinin gücləndirilməsi zərurəti deməkdir”, - o bildirib.

Prezident qeyd edib ki, tezliklə sərhədin tam mühafizəsi üçün yeni planın təsdiq edilməsi də eyni dərəcədə vacibdir:

“Daxili İşlər Nazirliyi və ordu sərhədin mühafizəsinə hərbçilərin cəlb edilməsi məsələlərində dəqiq razılığa gəlməlidir ki, o, saat mexanizmi kimi işləsin”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO