Ermənistan ordudakı  fərariliyin qarşısını almaq üçün cəzanı sərtləşdirir

Ermənistan ordudakı  fərariliyin qarşısını almaq üçün cəzanı sərtləşdirir

Hazırda oxunan: Ermənistan ordudakı  fərariliyin qarşısını almaq üçün cəzanı sərtləşdirir

1433

Ermənistanda hərbi xidmətdən yayınanları ağır cəzalar gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə "Jamanak" qəzeti məlumat yayıb.

Bildirilir ki, yaxın vaxtlarda cəzalar sərtləşdirildikdən sonra əsgər kimi xidmətdən boyun qaçıranlara qarşı daha sərt tədbirlər görüləcək.

“Hökumət cinayət məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentə təqdim etdi. Yeni layihəyə əsasən, hərbi xidmətdən yayınma cəzasının sərtləşdirilməsi təklif olunur. Mövcud məcəllədə fərarilik üçün dörd ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutulur. Dəyişiklər qəbul edilsə, cəza on iki ilədək uzadıla bilər ".

Bundan əlavə, hərbi vəziyyət zamanı vergidən yayınma hallarına görə də cəzalar sərtləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO