Ermitajın minalanması xəbəri YAYILDI - Ziyarətçilər təxliyə edildi 

Ermitajın minalanması xəbəri YAYILDI - Ziyarətçilər təxliyə edildi 

Hazırda oxunan: Ermitajın minalanması xəbəri YAYILDI - Ziyarətçilər təxliyə edildi 

143162

Bu gün Rusiyada baş verən “Vaqner” birləşmələrinin hərbi qiyamı nəticəsində  Ermitaj binasının minalanması ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, yayılan məlumatdan dərhal sonra ziyarətçilər Baş Muzey Kompleksinin ərazisindən təxliyə edilib.  

Hazırda muzeyin mühafizəsi əməkdaşları Milli Qvardiyanın əməkdaşları ilə birlikdə sərgi salonlarına və ofis binalarına baxış keçirirlər. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. 

Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.  

Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO