“Vaqner” muzdlu döyüşçüləri artıq Rusiyanın Lipetsk vilayətinə daxil olublar.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya vətəndaş müharibəsinin ASTANASINDA – Priqojin nə istəyir?
Lipetskdən Moskvaya getmək üçün isə onların sadəcə 4 saat vaxtı qaldığı bildirilir.
Hazırda Moskvanın “M4 Don” şossesinin giriş və çıxışında eləcə də Lipetsdən paytaxta doğru olan magistral yolda polis postları qurulub.
Gülləkeçirməz jiletlərdə və pulemyotlu polis əməkdaşları Moskvaya daxil olan avtomobillərdə yoxlamalar aparırlar.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib.
Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media