“Vaqner” muzdlu döyüşçüləri nəzarətə aldıqları Rostov şəhərinin girişində küçələrə TM-62 tank əleyhinə minalar yerləşdirir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:21 / 24.06.2023
“Vaqner”çilər Rostovu MİNALAYIR - VİDEO
Hazırda oxunan: “Vaqner”çilər Rostovu MİNALAYIR - VİDEO
Hazırda oxunan: “Vaqner”çilər Rostovu MİNALAYIR - VİDEO
143122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.