Zelenski Rusiya hadisələrindən DANIŞDI 

Zelenski Rusiya hadisələrindən DANIŞDI 

Hazırda oxunan: Zelenski Rusiya hadisələrindən DANIŞDI 

143113

“Rusiya uzun müddətdir öz zəifliyini və hökumətinin axmaqlığını ört-basdır etmək üçün təbliğat aparırdı. İndi isə o qədər xaos var ki, heç bir yalanı gizlədə bilməz”. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb. 

O bildirib ki, Rusiyanın zəifliyi göz qabağındadır:

“Rusiya öz qoşunlarını və muzdlu qüvvələrini torpaqlarımızda nə qədər çox saxlasa, sonradan bir o qədər böyük xaos və bir o qədər çox problem yaşayacaq. Bu, göz qabağındadır. Ukrayna Avropanı Rusiyanın gətirdiyi fəlakətdən və xaosun yayılmasından qorumağa qadirdir”. 

V. Zelenski qeyd edib ki, şər yolunu seçən hər kəs özünü məhv edir:

“Biz möhkəmliyimizi, birliyimizi və gücümüzü qoruyuruq. Bütün komandirlərimiz və əsgərlərimiz nə edəcəklərini bilirlər”. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib. Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO