\

\"Vaqner\" bölmələri Moskvaya doğru hərəkət edir – VİDEO  

Hazırda oxunan: \"Vaqner\" bölmələri Moskvaya doğru hərəkət edir – VİDEO  

143107

Rusiya təhlükəsizlik qüvvələri Moskvada nəzarət-buraxılış məntəqələri və müdafiə mövqeləri qurmağa başlayıb. 

Bizim.Media xəbər verir ki, bu  barədə  Rusiya teleqram kanalları məlumat yayıb.  

Bildirilib ki,  artıq "Vaqner" bölmələri Voronej vilayətindən Rusiyanın paytaxtı Moskvaya doğru hərəkət edir. 

Məlumatı Voronej rəhbərliyi də təsdiq edib. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun

Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.

Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO