Rusiyanın Voronej vilayətində neft zavodu yanır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Yanğının dəqiq səbəbi açıqlanmayıb.
Daha əvvəl bildirilmişdi ki, Voronejdə Rusiya Silahlı Qüvvələri “Vaqner” muzdlu hərbi təşkilatı arasında döyüşlər gedir.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.
Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:54 / 24.06.2023
Voronejdə neft zavodu YANIR – VİDEO
Hazırda oxunan: Voronejdə neft zavodu YANIR – VİDEO
Hazırda oxunan: Voronejdə neft zavodu YANIR – VİDEO
143105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.