Rusiya sərhədçiləri “Vaqner”ə təslim OLDU – FOTO

Rusiya sərhədçiləri “Vaqner”ə təslim OLDU – FOTO

Hazırda oxunan: Rusiya sərhədçiləri “Vaqner”ə təslim OLDU – FOTO

143076

Rusiyanın Buqayevka sərhəd məntəqəsi “Vaqner”in nəzarətinə keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə “GDH” agentliyi məlumat yayıb. 

Məntəqədə xidmət edən 180 rus hərbçinin də muzdlulara təslim olduğu bildirilir.

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.

Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO