Voronejdə antiterror əməliyyat rejimi ELAN EDİLDİ  

Voronejdə antiterror əməliyyat rejimi ELAN EDİLDİ  

Hazırda oxunan: Voronejdə antiterror əməliyyat rejimi ELAN EDİLDİ  

143067

Rusiyanın Voronej şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb. 

Bildirilib ki, antiterror əməliyyat rejimi ilə əlaqədar xüsusi əməliyyat qərargahı yaradılıb və ictimaiyyətə əlavə məlumatlar veriləcək. 

Rusiya mətbuatında yayılan digər məlumatlara görə, Moskvadan və ölkənin digər şəhərlərindən Rusiyanın cənub istiqamətinə olan rayonlararası avtobusların hərəkəti ləğv edilib. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.

Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.

Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO