Qaribaşvili türkiyəli katiblə Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığını MÜZAKİRƏ EDİB

Qaribaşvili türkiyəli katiblə Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığını MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Qaribaşvili türkiyəli katiblə Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığını MÜZAKİRƏ EDİB

142813

Gürcüstanda səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Baş nazir İrakli Qaribaşvili ilə görüşüb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb. 

Məlumata görə, görüşdə regionun sabit və davamlı inkişafının təmin edilməsi üçün qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. 

Baş nazir ikitərəfli strateji tərəfdaşlığın təkcə siyasi və iqtisadi istiqamətlərdə deyil, təhlükəsizlik sahəsində də dərinləşdirilməsi vacibdir. 

Tərəflər həmçinin regional təhlükəsizliyin və sabitliyin təmin olunması üçün Gürcüstan ilə Türkiyə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb. 

Görüş zamanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlığının perspektivləri barədə də fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO