Kolumbiya qəzeti Qarabağ müharibəsindən yazdı

Kolumbiya qəzeti Qarabağ müharibəsindən yazdı

Hazırda oxunan: Kolumbiya qəzeti Qarabağ müharibəsindən yazdı

14266

Kolumbiyanın aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində səfir Məmməd Talıbovla müsahibə əsasında Cənubi Qafqaz regionundakı geosiyasi durum, bu xüsusda, 44 günlük müharibənin nəticələri, eləcə də ölkəmizin həyata keçirdiyi irimiqyaslı layihələr, Latın Amerikası regionu və Kolumbiya ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələri barədə məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, yazıda Azərbaycanın coğrafi mövqeyi, dövlət sərhədləri və qonşu Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüz barədə məlumat verilir, 44 günlük müharibə nəticəsində işğal altındakı ərazilərini azad etdiyi bildirilir, əldə olunmuş atəşkəs razılaşması haqqında danışılır.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda muzdluların Ermənistan tərəfdən döyüşməsinə dair daha bir SÜBUT


Azərbaycan ərazisində yaradılmış azad iqtisadi zona və digər əlverişli biznes imkanları, ölkəmizin həyata keçirdiyi TAP, TANAP kimi irimiqyaslı layihələr və Kolumbiya ilə ticari-iqtisadi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq perspektivlərindən bəhs edilir.

Azərbaycanın Kolumbiya və ümumilikdə Latın Amerikası regionu ilə əlaqələrə xüsusi önəm verdiyi bildirilir, Kolumbiya tərəfi ilə bu günədək həyata keçirilmiş layihələr, bu xüsusda kolumbiyalı mütəxəssislər tərəfindən azərbaycanlı diplomatlara ispan dilinin tədris edilməsi, habelə ölkəmizin 20-yə yaxın ali təhsil ocağında Qoşulmama Hərəkatının üzvü olaraq kolumbiyalı tələbələr üçün tam təqaüdlü proqramlar əsasında yaradılmış təhsil imkanları barədə məlumat verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO