Finlandiya Prezidenti respublikanın 77-ci hökumətini təyin edib

Finlandiya Prezidenti respublikanın 77-ci hökumətini təyin edib

Hazırda oxunan: Finlandiya Prezidenti respublikanın 77-ci hökumətini təyin edib

142427

Finlandiya Prezidenti Sauli Niinistö respublikanın 77-ci hökumətini rəsmən təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında dərc olunmuş bəyanatda məlumat verilib. 

Bəyanata əsasən yeni hökumətə aprelin 2-də keçirilmiş parlament seçkilərində qalib gələn Milli Koalisiya Partiyasının (MKP) lideri Petteri Orpo rəhbərlik edir.

“Əsl Finlər” partiyasından olan maliyyə naziri Riikka Purra baş nazirin müavini təyin olunub. Elina Valtonen xarici işlər nazirli, Antti Hakkanen (hər ikisi MKP-dəndir) müdafiə naziri postlarını tutub. 

On doqquz nazirdən ibarət yeni hökumət bu gün ilk plenar iclasını keçirib. Nazirlər arasında vəzifələrin bölüşdürülməsi, nazirlik komitələri və işçi qruplarının tərkibi barədə qərarlar qəbul edilib. 
Qeyd edək ki, Sanna Marinin rəhbərlik etdiyi əvvəlki hökumət də rəsmən istefaya göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO