“Titanik” gəmisinin qəzaya uğradığı yerə turistləri aparan sualtı qayıq itib

“Titanik” gəmisinin qəzaya uğradığı yerə turistləri aparan sualtı qayıq itib

Hazırda oxunan: “Titanik” gəmisinin qəzaya uğradığı yerə turistləri aparan sualtı qayıq itib

142317

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib. Hazırda iki təyyarə həmin sualtı qayığı axtarır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Sahil Mühafizəsi yayıb.

Mənbə yazır ki, axtarışlarda Amerikanın C-170 hərbi-nəqliyyat təyyarəsi və Kanadanın P-8 Poseidon sualtı qayıq əleyhinə təyyarəsi iştirak edir.

Axtarışa Kanadanın “Polar Prince” tədqiqat gəmisi də qatılıb.

Axtarış ABŞ-ın Atlantik okeanı sahillərindəki Cape Cod burnundan təxminən 900 mil aralıda aparılır.

Məlumatlara görə, sualtı qayığın 72 saatlıq oksigen ehtiyatı var.

Daha əvvəl bildirilmişdi ki, turistləri “Titanik” gəmisinin qəzaya uğradığı əraziyə çatdırmaq üçün ora üzən sualtı qayıq Atlantik okeanında yoxa çıxıb.

Sonradan məlum olub ki, qayığın  göyərtəsində "Action Aviation" şirkətinin rəhbəri, britaniyalı milyarder Hemiş Hardinq və bu sualtı qayığa sahib olan "OceanGate Expeditions" şirkətinin yaradıcısı Stokton Raş var.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO