Pekinin Tayvan boğazında fəaliyyəti Vaşinqtonun narahatlığına səbəb olur və Birləşmiş Ştatlar Tayvan ətrafında yaranan fikir ayrılıqlarının dinc yolla tənzimlənməsi tərəfdarıdır.
Bizim.Media xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bunu Pekində keçirilən mətbuat konfransında deyib.
“Mən Tayvan boğazında, həmçinin Şərqi-Çin və Cənubi-Çin dənizlərində Pekinin fəaliyyətinin ABŞ da daxil olmaqla, daha çox ölkənin narazılığına səbəb olduğu məsələsini qaldırmışam”, - deyə dövlət katibi bildirib.
Entoni Blinken qeyd edib ki, ABŞ Tayvan məsələsində “vahid Çin” prinsipini dəstəkləyir və “status-kvo”da istənilən dəyişikliyə qarşıdır. Dövlət katibi, həmçinin Çində keçirilən görüşlərdə Vaşinqtonun regionda birtərəfli fəaliyyətlərə və Tayvanın müstəqilliyinə qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tayvan ətrafında yaranan vəziyyət bütün dünyaya təsir edəcək iqtisadi böhrana səbəb ola bilər.
Çindəki görüşlərinin substantiv, səmimi və konstruktiv məcrada keçdiyini deyən amerikalı məmur münasibətlərin nizamlanmasının vacibliyi məsələsində Vaşinqton və Pekinin həmfikir olduğunu əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:23 / 19.06.2023
Entoni Blinken: "ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir"
Hazırda oxunan: Entoni Blinken: "ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir"
Hazırda oxunan: Entoni Blinken: "ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir"
142227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.