Zelenski Putinlə görüşmək qərarına gəldi - FOTO

Zelenski Putinlə görüşmək qərarına gəldi - FOTO

Hazırda oxunan: Zelenski Putinlə görüşmək qərarına gəldi - FOTO

14217

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Donbasdakı münaqişəni həll etmək üçün keçiriləcək "Normandiya sammiti" çərçivəsində Putinlə şəxsən görüşməyə hazırdır. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “russian.rt.com” nəşri yayıb.

Zelenski zirvə baş tutarsa, hər liderlə ayrıca görüşmək üçün bir fürsət tapacağını söyləyib.

"Necə deyərlər, dağ Məhəmmədə tərəf getmirsə, heç bir qorxulu şey yoxdur. O zaman liderlərlə ayrıca görüşəcəyəm". Ukrayna prezidenti belə deyib.

Xatırladaq ki, “Normand dördlüyü”nə dörd ölkənin - Ukrayna, Fransa, Almaniya və Rusiya liderləri daxildir.

9 dekabr 2019-cu il tarixində Parisdə baş tutan son “Normandiya dördlüyü” zirvəsində iştirakçılar yekun bir bəyanat imzalayıblar, lakin maddələrin əksəriyyəti kağız üzərində qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO