Ercan Hava Limanının yeni terminalı bu tarixdə istifadəyə veriləcək

Ercan Hava Limanının yeni terminalı bu tarixdə istifadəyə veriləcək

Hazırda oxunan: Ercan Hava Limanının yeni terminalı bu tarixdə istifadəyə veriləcək

142086

Şimali Kipr Türk Respublikasındakı (KKTC) Ercan Hava Limanının yeni terminalı iyul ayının 20-də istifadəyə veriləcək.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

Qeyd edək ki, vitse-prezident Cevdet Yılmazı səfəri çərçivəsində KKTC-nin Baş naziri Ünal Üstel, Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu müşaiyət ediblər.

"Rəcəb Tayyib Ərdoğan ötən günlərdə baş tutan səfəri zamanı bu layihənin tamamlanmalı olduğunu çox açıq şəkildə ifadə edib”, – deyə Yılmaz qeyd edib.

O bildirib ki, terminal binasında araşdırmalar apararaq, bəzi texniki məsələlər üzrə görüşlər keçiriləcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini KKTC-yə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO