Tatarların Bakıda keçirilən milli bayramından FOTOLAR

Tatarların Bakıda keçirilən milli bayramından FOTOLAR

Hazırda oxunan: Tatarların Bakıda keçirilən milli bayramından FOTOLAR

142036

Xəbər verdiyimiz kimi, Bakı Dənizkənarı Bulvarının ərazisində Sabantuy tatar milli bayramı qeyd edilib. Tədbirdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər. Bu il bayram Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Bizim.Media xatırladır ki, qonaqlar əvvəlcə Dənizkənarı Bulvarın ərazisində yaradılmış tematik guşələrlə tanış olublar. Sonra Azərbaycan və Tatarıstanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Bayram bayrağını Qarabağ müharibəsi qazisi Rasim Yaxin və “Yaşlek” Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qaldırıblar.

Həmçinin, bir sıra şəxslərə Tatarıstan Respublikasının dövlət mükafatları təqdim edilib.
Qeyd edək ki, “Baursak evi" adlanan sahədə çayxana kimi stilizə edilmiş fotozona təqdim olunub. Orada iştirakçılar, həmçinin tatar şirniyyatları, çay, keramika və “baursak” adlanan şirniyyatlara qonaq edilib. Bundan əlavə, burada taxta samovar şəklində çay stendlərində milli naxışların çəkilməsi üzrə ustad dərsi keçirilib.

“Milli müdriklik evi” adlanan sahədə tatar ictimai xadimlərinə və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mənəviyyat, mədəniyyət, maarifçilik” adlı sərgi ekspozisiyası hazırlanıb. Burada, həmçinin soyağacının tərtibi, maqnitlərin, tatar ilahiyyatçısı Rizaetdin Fəxrəddinin sitatları olan nişanların, stolüstü molbertlərin üzərində tatar ornamentlərinin, tatar qadın başgeyimləri- kalfakların hazırlanması, milli naxışlarla rəsmlərin çəkilməsi üzrə tematik ustad dərslərində iştirak etmək mümkün olub.

Mədəni tədbirin proqramı çərçivəsində xalq sənəti yarmarkası və müxtəlif müsabiqələr də keçirilib.

Sabantuy iştirakçıları tatar güləşi, qaşıqla qaçış, torbada qaçış, boyunduruq ilə qaçış, pəhləvan çəkici, “Dost ailə” və s. idman-əyləncə oyunlarında da iştirak ediblər.

Tədbirdən çəkilən fotoları sizə təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO