ABŞ Dövlət katibi Antoni Blinkenin Çin Xalq Respublikasına səfəri başlayıb.
Bizim.Media Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, artıq Entoni Blinkenin çinli həmkarı Çin Qan ilə görüşü baş tutub.
İki gün davam edəcək səfər zamanı keçirilən görüşlərdə ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunur.
Qeyd edək ki, dünyanın 2 ən böyük iqtisadiyyatına malik ölkələri olan ABŞ və Çin arasında Tayvan məsələsi, Ukrayna mövzusu, Koreya yarımadasındakı gərginlik, ticarət mübahisələri, ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi iştirakının çoxalması da daxil olmaqla, bir çox sahədə ciddi fikir ayrılıqları var.
Hər iki ölkənin özünü haqlı bildiyi əsaslı və davamlı mövqeyi, hər ölkənin “qırmızı xətləri” var. Bu baxımdan Çin-ABŞ təmasları tərəflər arasındakı rəqabətin məsuliyyətli formada idarə edilməsinin və maraqların toqquşmadığı yerlərdə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:18 / 18.06.2023
ABŞ Dövlət katibi Entoni Blinkenin Çinə səfəri BAŞLADI
Hazırda oxunan: ABŞ Dövlət katibi Entoni Blinkenin Çinə səfəri BAŞLADI
Hazırda oxunan: ABŞ Dövlət katibi Entoni Blinkenin Çinə səfəri BAŞLADI
142019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.