Polad Bülbüloğlu Azərbaycanın Tatarıstanla qardaşlığının əhəmiyyətindən DANIŞDI

Polad Bülbüloğlu Azərbaycanın Tatarıstanla qardaşlığının əhəmiyyətindən DANIŞDI

Hazırda oxunan: Polad Bülbüloğlu Azərbaycanın Tatarıstanla qardaşlığının əhəmiyyətindən DANIŞDI

142017

Tatarıstanla qardaşlığımız Rusiya ilə müttəfiq əməkdaşlığımızın tərkib hissəsidir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda keçirilən və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tatarların milli bayramı Sabantuya həsr olunan tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

"Azərbaycanın hörmətli iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov son vaxtlar görülən bütün işləri işıqlandırıb. Sadəcə olaraq vurğulamaq istəyirəm ki, hörmətli Rəisin Azərbaycana səfəri bizim üçün çox xoş, çox mühüm hadisədir. 
O, işğaldan azad edilmiş ərazilərdə olub, tariximizin o faciəli səhifələrini öz gözləri ilə şahidi olub, görüb. Tatarıstanla qardaşlığımız Rusiya ilə əməkdaşlığımızın, müttəfiqlik əməkdaşlığımızın tərkib hissəsidir. 

Demək istəyirəm ki, Sabantuy burada, bizdə Azərbaycanda uzun illərdir keçirilir. Ancaq bu gün bu bayram xüsusi əhəmiyyət kəsb edir, çünki Tatarıstan Rəisi bu bayram üçün xüsusi olaraq gəlmiş çox böyük hörmətli nümayəndə heyəti ilə buradadır", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO