Putin: “Sülh istəyən ölkələrlə tərəflərin maraqlarını nəzərə alaraq dialoqa açığıq” - VİDEO 

Putin: “Sülh istəyən ölkələrlə tərəflərin maraqlarını nəzərə alaraq dialoqa açığıq” - VİDEO 

Hazırda oxunan: Putin: “Sülh istəyən ölkələrlə tərəflərin maraqlarını nəzərə alaraq dialoqa açığıq” - VİDEO 

141949

“Kiyevlə müqaviləyə neytrallıq və təhlükəsizlik təminatları haqqında müddəalar daxildir”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Afrika ölkələrinin sülhməramlı missiyası ilə görüşündə deyib. 

Putin qeyd edib ki, Ukrayna ilə bağlı İstanbul razılaşması paraflanıb:

“Sənəddə silahlı qüvvələrin sayına qədər hər şey var idi, hərbi texnikaya, şəxsi heyətə qədər hər şey daxil edilib". 

“Ukraynada bütün problemlər 2014-cü ildə Qərb sponsorlarının dəstəklədiyi qanlı dövlət çevrilişindən sonra başladı”, - deyə Putin vurğulayıb. 

Putin qeyd edib ki, Rusiya Afrika ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyini yüksək qiymətləndirir:

“Rusiya Federasiyası Afrikanın münaqişələrin sülh yolu ilə həlli, daha ədalətli dünya nizamı lehinə mövqeyinə böyük hörmətlə yanaşır və daxili işlərə qarışmadan Afrika ölkələri ilə əlaqələrin daha da gücləndirilməsinin tərəfdarıdır”. 
O həmçinin bildirib ki, Rusiya sülh istəyən ölkələrlə bütün tərəflərin maraqlarını nəzərə alaraq dialoqa açıqdır. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO