Lukaşenkonun oğlu Belarus Olimpiya Komitəsinin rəhbəri kimi tanınmadı – BOK-un ETİRAZI

Lukaşenkonun oğlu Belarus Olimpiya Komitəsinin rəhbəri kimi tanınmadı – BOK-un ETİRAZI

Hazırda oxunan: Lukaşenkonun oğlu Belarus Olimpiya Komitəsinin rəhbəri kimi tanınmadı – BOK-un ETİRAZI

14191

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Viktor Lukaşenkonu Belarus Milli Olimpiya Komitəsinin (MOK) yeni prezidenti kimi tanımayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “sportrbc.ru” nəşri BOK-un rəsmi saytına istinadən yayıb.

Qurum qeyd edib ki, Belarus Olimpiya Komitəsi irəli sürülən tələbləri tam yerinə yetirmir.

Onların fikrincə, MOK “idmançıların hüquqlarının müdafiəsini” təmin etməyib, eyni zamanda “ayrıseçkilik və ya təzyiqlərdən qorumayıb”.

MOK-un rəhbəri kimi Viktor Lukaşenko fevralın 26-dan etibarən atasını əvəz edib. Aleksandr Lukaşenko təşkilata 1997-ci ilin mayından rəhbər seçilib. 

Viktor Lukaşenko tarixdə Belarus MOK-un üçüncü prezidenti olub. Təşkilata 1991-ci ildə qurulduğu gündən bəri Vladimir Rıjenkov rəhbərlik edib.

Viktor Lukaşenkonun 45 yaşı var. 2005-ci ildən etibarən Belarus Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edir, 2007-ci ildən bu yana ölkənin Təhlükəsizlik Şurasının üzvüdür. 2019-cu ildə MOK-un birinci vitse-prezidenti seçilib.

Keçən ilin dekabrında BOK Belarus Olimpiya Komitəsinin bütün icraiyyə komitəsinin üzvlərinin tədbirlərdə iştirakını müvəqqəti dayandırıb. Beynəlxalq təşkilat bu qərarı Belarus MOK-nun idmançılarını siyasi təqiblərdən qoruya bilməməsi ilə izah edib.

Keçən ilin payızında Belarusdan olan idmançılar siyasi səbəblərdən edilən təzyiqləri araşdırmaq istəyi ilə BOK-a müraciət ediblər və vəziyyət normallaşana qədər BOK-dakı milli komitənin üzvlüyünə ayrılan maliyyənin dayandırılmasını xahiş ediblər.

Xüsusilə məktub müəllifləri Belarus milli komandasının basketbolçusu Yelena Levçenkonun həbsi barədə məlumat veriblər.

İdmançı planlı müalicə üçün uçmazdan əvvəl sentyabr ayında Minsk hava limanında tutulmuşdu. Həbs edildikdən sonra Levçenko icazəsiz etiraz aksiyalarında iştirak etdiyi üçün 18 gün istintaq təcridxanasında yatıb.

Buna cavab olaraq Belarus MOK Olimpiya Xartiyasına əməl etdiyini açıqlayıb.

Qeyd edək ki, avqustun əvvəlində Belarusda prezident seçkiləri keçirilib. Rəsmi məlumatlara görə, Aleksandr Lukaşenko 80.08 faiz səs əldə edib. Müxalifət səslərin sayılması ilə razılaşmayıb və o vaxtdan bəri etiraz aksiyaları keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO