Azərbaycanın XİN başçısının müavini Kubanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın XİN başçısının müavini Kubanın xarici işlər naziri ilə görüşüb

Hazırda oxunan: Azərbaycanın XİN başçısının müavini Kubanın xarici işlər naziri ilə görüşüb

141873

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Kubanın Havana şəhərində səfərdə olub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı F.Rzayev Kuba Respublikasının xarici işlər naziri Bruno Rodriqez Parriya, xarici işlər nazirinin müavini Anayansi Rodriqez Kamexo və xarici ticarət və sərmayə nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa ilə görüşlər keçirib. Görüşlərdə çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Qrup-77 çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən beynəlxalq inkişafa yardım sahəsində iki ölkə arasında mümkün tərəfdaşlıq imkanları müzakirə edilib.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan və Qrup 77-nin hazırkı sədri qismində Kuba arasında hər iki beynəlxalq təsisatın üzvlərinin maraqlarının qorunmasına xidmət edəcək əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Səfər çərçivəsində iyunun 16-da Karib dənizi hövzəsinin ada dövlətlərinin Kubada akkreditə olunan səfirləri üçün Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və beynəlxalq inkişafa yardım siyasəti barədə təqdimat tədbiri baş tutub.

Azərbaycan nümayəndə heyəti 2 mart 2023-cü il tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üzrə Qlobal Çağırış barədə iştirakçıları məlumatlandırıb.

Həmin çağırış çərçivəsində ilk donor kimi Azərbaycan tərəfindən həmin dövlətlərə 1 milyon ABŞ dolları məbləğində yardımın nəzərdə tutulduğu bildirilib. Ada dövlətlərinin post-pandemiya dövründə ehtiyacları ilə bağlı məsləhətləşmələrin əhəmiyyətinə diqqət yönəldilib. Tədbir müvafiq mövzuda interaktiv müzakirələrlə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO