CAR rəhbəri: “Ukraynadakı silahlı münaqişə mümkün qədər tez başa çatmalıdır”

CAR rəhbəri: “Ukraynadakı silahlı münaqişə mümkün qədər tez başa çatmalıdır”

Hazırda oxunan: CAR rəhbəri: “Ukraynadakı silahlı münaqişə mümkün qədər tez başa çatmalıdır”

141843

“Ukraynada münaqişənin həlli istiqamətində addımlar atılmalıdır ki, tərəflər tezliklə danışıqlar yolu ilə sülhə nail ola bilsinlər”. 

Bizim.Media xəbər verir ki, bunu Kiyevdə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza Afrika ölkələrinin sülhməramlı missiyası ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında aparılan danışıqların yekunlarına dair mətbuat konfransında deyib. 

“Münaqişə sülh danışıqları və diplomatiya yolu ilə əldə edilə bilər. Afrikanın sülhməramlı missiyası hesab edir ki, Ukraynadakı silahlı münaqişə mümkün qədər tez başa çatmalıdır. Afrika ölkələri Ukraynada sülh yolu ilə nizamlanmanın yolunu tapmaq üçün əməkdaşlığı davam etdirməyə hazırdır”, - o qeyd edib. 
Siril Ramafoza bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən danışıqlar zamanı Afrika sülhməramlı missiyası BMT Nizamnaməsinə hörmət edilməsinin zəruriliyindən danışacaq. “Biz həmçinin hesab edirik ki, bütün ölkələrə təhlükəsizlik zəmanəti verilməlidir”, -deyə o vurğulayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO