Ukrayna ordusu bu əraziləri işğaldan azad ETDİ

Ukrayna ordusu bu əraziləri işğaldan azad ETDİ

Hazırda oxunan: Ukrayna ordusu bu əraziləri işğaldan azad ETDİ

141616

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları çərçivəsində 100 kvadrat kilometr ərazini işğaldan azad edib.

Bizim.Media "UNIAN"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov Ukrayna müdafiə nazirinin müavini Anna Malyarla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Zaporojye istiqamətində şəhər və qəsəbələri işğaldan azad etməyə davam edir.

A.Malyar isə söyləyib ki, hazırda gərgin döyüşlər davam edir: “Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda tədricən irəliləyirlər. Düşmən güclü müqavimət göstərir. Rusların əkin sahələrini minalaması bizə çətinlik yaradır”.

Nazir müavininin sözlərinə görə, qarşı tərəf Baxmut istiqamətinə əlavə qüvvə cəlb edir:

“Onlar bizim irəliləməyimizin qarşısını almağa çalışırlar. Ukrayna Müdafiə Qüvvələri işğalçılara öz planlarını həyata keçirməyə imkan vermir: düşmən irəliləyə bilmir. Biz hücum və müdafiə əməliyyatlarını vəhdətdə davam etdiririk”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücum əməliyyatlarına başladığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO