Zorlu Töre:

Zorlu Töre: "Bu əsrdə Türkiyənin və Türk dünyasının yüksəlişini görəcəyik"

Hazırda oxunan: Zorlu Töre: "Bu əsrdə Türkiyənin və Türk dünyasının yüksəlişini görəcəyik"

141593

Şimali Kipr Türk Cümhuriyyəti (KKTC - Kuzey Kıbrıs Türk Cumhuriyeti) parlamentinin sədri Zorlu Töre Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfərinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, Lefkoşa şəhərində Anadolu agentliyinə verdiyi müsahibəsində deyib ki, Ərdoğan bu səfəri ilə KKTC-yə önəm verdiyini bir daha təsdiq edib.

"Bu əsrdə Türkiyənin, KKTC-nin və Türk dünyasının yüksəlişini görəcəyik. Bunun lideri də cənab prezident Rəcəb Tayyib Ərdoğan olacaq", deyə o, qeyd edib.

Zorlu Töre Ərdoğanın səfər zamanı KKTC-nin tanınması ilə bağlı verdiyi açıqlamasını xatırlayıb:

“KKTC-nin bir dövlət kimi tanınması çağırışını təkrarlamaq və bunun üçün rəsmi danışıqlara başlamaq lazımdır". Bu özlüyündə bütün dünyaya bir mesajdır".

O, Türkiyənin beynəlxalq müqavilələrlə Şimali Kiprin qarantı olduğunu vurğulayıb:

"Biz ancaq Türkiyə ilə birlikdə milli maraqlarımızı müdafiə edib gələcəyə doğru gedə bilərik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO