“Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin sədri Nikol Paşinyanla görüşlər iqtidar fraksiyasının deputatları üçün əsl sınaq meydanına və başağrısına çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Nəşr qeyd edir ki, fraksiya deputatları hər dəfə Nikol Paşinyanla görüş keçirəndə baş nazirin təhlükəsizlik xidmətinin əməkdaşları onlardan telefonlarını və smart saatlarını təhvil vermələrini tələb edirlər:
"Çox güman ki, Paşinyan nədənsə qorxur və bu baxımdan komandasının üzvlərinə güvənmir".
Bu məlumatı qəzetin əməkdaşı ilə söhbətində “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Ovik Ağazaryan da təsdiqləyib:
“Bəli, görüşdən əvvəl deputatların telefonlarını, eləcə də smart saatlarını əlindən alırlar”.
Ağazaryan bunun səbəbini belə izah edib:
"Bu ona görə edilir ki, deputatlar hər hansı məsələ müzakirə edilərkən diqqətlərini yayındırmasınlar, fikirlərini məsələlərə cəmləsinlər və ən əsası TikTok-a girməsinlər".
Deputatın sözlərinə görə, iqtidarı təmsil edən deputatlar TikTok həvəskarlarıdırlar və hətta baş nazirlə görüşdə belə bu proqramdan istifadə edirlər.
"Amma reallıq budur ki, TikTok əsas səbəb deyil, Nikol Paşinyan sadəcə öz komandasına inanmır və hakim fraksiyanın deputatları görüşlərdən əvvəl təpədən dırnağa yoxlanılır”, deyə qəzet vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:17 / 14.06.2023
Paşinyan öz komandasına inanmır - Görüşdən əvvəl deputatları başdan-ayağa yoxlatdırır
Hazırda oxunan: Paşinyan öz komandasına inanmır - Görüşdən əvvəl deputatları başdan-ayağa yoxlatdırır
Hazırda oxunan: Paşinyan öz komandasına inanmır - Görüşdən əvvəl deputatları başdan-ayağa yoxlatdırır
141393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.